Şəhid Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb - FOTOLAR

Şəhid Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb - FOTOLAR
SOSİAL
11:22 20.10.2021
1062
Naftlan şəhərində 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış Elyəddin Cəfərovun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, ŞİH başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri tədbirdə iştirak ediblər.

Tədbir iştirakçıları Şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü”, "Vətən uğrunda” medalları ilə təltif olunub.

Qeyd edək ki, Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR