Şəhid əsgər torpağa tapşırıldı - FOTO

Şəhid əsgər torpağa tapşırıldı - FOTO
Bütün Xəbərlər
16:49 02.04.2014
1416

Akif Baxışov doğulduğu Çəmənli kəndində dəfn edilib

Goranboy rayonunda Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri Akif Aydın oğlu Baxışov bu gün dəfn olunub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Akif Baxışov anadan olduğu İsmayıllı rayonunun Çəmənli kəndində torpağa taoşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə birgə Goranboy rayonunun N saylı hərbi hissəsinin əsgər və zabitləri iştirak edib.
Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyinin hərbi hissələrinin birində qulluq edən əsgər Akif Aydın oğlu Baxışov Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Goranboy rayonunun N saylı hərbi hissəsində xidmət edərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdu.
Qeyd edək ki, Akif Aydın oğlu Baxışov 1994-cü ilin oktyabr ayının 24 də İsmayıllı rayonunun Çəmənli kəndində anadan olub. Çəmənli kənd orta məktəbini bitirdikdən sonra Akif Baxışov 2013-cü ilin yanvar ayında İsmayıllı rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR