Ötən ilin sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət komada qaldıqdan sonra bu gün şəhidlik zirvəsinə ucalan hərbçi Qasımov Hacıəlinin cənazəsi ailə üzvlərinə təhvil verilib.
"Qafqazinfo”nun məlumatına görə, şəhidimizlə Tovuz rayon Qaraxanlı kəndində vida mərasimi keçirilir.
Şəhidimiz bu gün torpağa tapşırılacaq.










































