Şəhid Hacıəli Qasımov dəfn olunub

Şəhid Hacıəli Qasımov dəfn olunub
SOSİAL
18:41 28.01.2024
174

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hacıəli Qasımov Tovuz rayonunun Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

Allah rəhmət eləsin!

/report

OXŞAR XƏBƏRLƏR