Xəbər verdiyimiz kimi, Türkiyənin Tunceli rayonunda vəzifə səlahiyyətlərini yerinə yetirərkən zirehli maşının aşması nəticəsində Jandarma Baş Komandanı, çavuş Orhan Burak Büyükçaylı şəhid olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, şəhidin 8 aylıq hamilə həyat yoldaşı kədərli xəbəri aldıqdan sonra aparıldığı xəstəxanada uşaq dünyaya gətirib.
Qeyd edək ki, Orhan Büyükçaylının bir oğlu var idi.
Mikayıl