Şəhid Orxan Əsgərovun vida mərasimi keçirilir.
AZXEBER.COM-un vida mərasimdə iştirak edən əməkdaşları xəbər verir ki, şəhidin nəşi Yasamaldakı evinə gətirilir.
Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Hazırda hadisənin istintaqı aparılır.
Dəfn mərasimindən çəkilən fotoları təqdim edirik: