Şəhid pilotumuzun qızı ödənişsiz təhsil alacaq

SOSİAL
13:58 26.05.2016
1852
Şəhid pilot, mayor Urfan Vəlizadənin qızı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə (MTK) qəbul olunub.
Şəhidin 8 yaşlı qızı Zəhra Urfan qızı Vəlizadə təhsilini MTK-nın 3-cü sinfində davam etdirəcək. O, ödənişsiz təhsil alacaq.
Qeyd edək ki, U. Vəlizadə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Şəhidin 2 qız övladı var.
///Qafqazinfo

OXŞAR XƏBƏRLƏR