Şəhid pilotun həyat yoldaşı: "Mənə başsağlığı verməyin" - FOTO

Şəhid pilotun həyat yoldaşı: "Mənə başsağlığı verməyin" - FOTO
SOSİAL
12:59 06.04.2016
3318
Aprelin 2-nə keçən gecə təmas xəttində başlayan "qızğın atışmalarda" vurulan Mi-24 helikopterinin pilotları ilə bağlı bu günə qədər ailələrinə məlumat verilmir, pilotların ailəsi BBC Azərbaycancaya deyib."Bizə hadisə baş verən gün gəlib başsağlığı verdilər ki, şəhid olublar. Sonra da gecə saat 4-də gəldilər üzr istədilər ki, bəs məlumat təsdiqlənməyib, bağışlayın", pilot Urfan Vəlizadənin qaynatası, Nəriman Əsədov onların sağ və ya həlak olmasından hələ də xəbərsiz olduqlarını deyir.Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin hərbi mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopterinin vurulmasını təsdiqləsə də, pilotlarla bağlı hər hansı rəsmi məlumat verilmir.Ermənistan tərəfi də bu hadisə ilə bağlı hər hansı şərh verməyib.Pilotların ailələrinin dediyinə görə, vurulan Mi-24 helikopterində Azərbaycan Hərbi Hava Qüvvələrinin mayorları, Urfan Vəlizadə və Təbriz Musazadə olub."Başsağlığı verməyin"
37 yaşlı mayor Urfan Vəlizadə 25 il hərbi pilot kimi çalışır. Ali təhsilini bir sıra xarici ölkələrdə alıb. İki övladı var. Böyük qızı 8, kiçiyi isə 1 yaşındadır.
Pilotun ailəsi ilə məhəllədə qurulan çadırda görüşdük. Gəlib gedən insanların çox olması səbəbindən Nizami rayon İcra başçısının göstərişi ilə həyətdə çadır qurulub.
Pilotun həyat yoldaşı deyir ki, sonuncu dəfə aprelin 2-si, səhər tezdən telefonda danışanda Urfan "Könül, narahat olma burda yaxşılıqdır", deyərək onu "axşama gözləməyi" xahiş edib.
"Həmin gün anamın ad günü idi. Axşam restoranda idik hamımız. Bir də saytdan oxudum ki, helikopter vurulub. Ufranın da şəklini qoyublar", pilotun həyat yoldaşı BBC Azərbaycancanın müxbirinə danışır.
Həmin gün hərbi nümayəndələrin "başsağlığı xəbərinə" edilən düzəlişdən sonra ailəyə bu günə qədər hər hansı "rəsmi məlumat verilməyib".
Çadıra gələn insanlara "mənə başsağlığı verməyin" deyə etiraz edən pilotun həyat yoldaşı inanır ki, indiyə qədər keçdiyi təcrübə Urfanı düşdüyü ərazidən də "sağ salamat çıxmasına kömək olacaq".
"Urfan bu ilin avqustunda pensiyaya çıxacaq. Ərizəsini də bir neçə ay əvvəlcədən yazıb", pilotun bacısı da onun "yoxluğuna" inanmaq istəmir və tezliklə sağ qayıdacağına "ümid edir".
"Ehtimallar"
Pilotun həyat yoldaşı: "Mənə başsağlığı verməyin" - FOTO
35 yaşlı pilot, mayor Təbriz Musazadə Urfanın həm qohumu, həm də yaxın dostudur. Ailəlidir və iki övladı var.
"Burada İcra başçısı gətirib çadır qurdurub. Bilmirik niyə qurub. Kim ölüb ki?", - deyə pilotun qardaşı Ruslan sual edir.
Pilotun ailəsi ehtimal edir ki, hadisə baş verən gün Təbriz də Urfanla birlikdə eyni helikopterdə olub.
"İş yoldaşlarının dediyinə görə, Təbriz deyib ki, mən Urfan qardaşımla uçacam. Onu tək qoya bilmərəm", pilotun qohumu deyir.
Təbrizlə bağlı rəsmi məlumat əldə edə bilməyən ailə sosial şəbəkələrdə yayılan videolara əsasən onların hər ikisinin sağ olduğunu "ehtimal edir".
"İnternetdə yayılan videoda görünür ki, helikopter dağılıb. Amma sonradan iki nəfər helikopterin yanında sağ salamat görünür", ailənin yaxın qohumu pilotların "neytral zonada olmasını" ehtimal edir.
Ancaq pilotun ailə üzvlərinə rəsmi məlumat verilmədiyinə görə onlar yalnız "ehtimallarla yaşayır".
Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Vuruşmalarda Azərbaycan tərəfi 15, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir.
Aprelin 3-də Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq