Şəhid qızını öldürən biznesmen oğlunun sürücüsü yalan ifadə verib

Şəhid qızını öldürən biznesmen oğlunun sürücüsü yalan ifadə verib
SOSİAL
17:08 06.02.2018
1469
Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbail Rayon Yol Polis İdarəsinin əməkdaşı Yasin Abbaslı ifadə verib.

O bildirib ki, hadisə zamanı Bayraq Meydanı istiqamətində xidmətdə olub. Hadisə baş verən zaman oraya yollanıb və yol hərəkətinin tənzimləməyə başlayıb: "Hadisə yerində bir nəfərin yol kənarında dayandığını və ağladığını gördüm. Bir neçə nəfər də mülki geyimli şəxs var idi. Mən hadisəni törədən şəxsi orada gördüm. Ona bildirdim ki, kənarda dayansın. Çünki ola bilərdi ki, zərərçəkmişin yaxınları gələrdi və mübahisə yaranardı. Onların təhlükəsizliyi baxımından belə bir addım atdım və yol kənarında dayanan 254 nömrəli yol polisi maşınının yanına göndərdim"

Sualları cavablandıran polis əməkdaşı söyləyib ki, qəzanı törədən şəxsin üzərində sürücülük vəsiqəsi və maşının sənədləri olmayıb.

Şahid Yasin Abbaslı onu da deyib ki, hadisəni törədən şəxsin naməlum şəraitdə oradan uzaqlaşması ilə bağlı xidməti yoxlama da aparılıb. O və digər polis əməkdaşlarına töhmət verilib.

Məhkəmədə şahid qismində Rəhimovlar ailəsinin sürücüsü olan Əmrulla Şahbazov da dindirilib.

Bildirilir ki, hadisə baş verən zaman qəzanı törətdiyini Əmrulla Şahbazov öz üzərinə götürmək istəyib və istintaqa belə ifadə verib.

Əmrulla Şahbazov məhkəmədə deyib ki, Rəhim maşını ondan istəyib: "Mənə dedi ki, ad gününə gedəcək. Atasına demədiyim üçün vermək istəmədim. Amma sonra verdim. Axşam zəng elədi ki, qəza törədib. Mən gedib müstəntiqə dedim ki, qəzanı özüm törətmişəm. Qorxumdan belə etdim. Çünki maşını atasından icazəsiz Rəhimə mən vermişdim. Amma müstəntiq dedi ki, maşını Rəhim sürüb".

Əmrulla Şahbazov bildirib ki, hadisə yerinə gələn zaman Rəhimi görməyib. Amma məhkəmədə məlum olub ki, o, istintaqda Rəhimi hadisə yerində gördüyünü deyib: "Mənə ağ vərəq verdilər. Ona imza çəkdim. Mən oxuya bilmirəm".

Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq də dindiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.

 R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”