Şəhid qızının ölümünə səbəb olan 17 yaşlı Rəhimə hökm oxunmadı

Şəhid qızının ölümünə səbəb olan 17 yaşlı Rəhimə hökm oxunmadı
SOSİAL
15:34 29.03.2018
5147
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. 
 
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə müdafiə çıxışı edilməli idi. 

Lakin Rəhim Rəhimovun vəkili iclasa qatılmadığı üçün proses aprelin 2-nə təyin edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə "Yeganə" şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. 
OXŞAR XƏBƏRLƏR