Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva IV qrup üzrə qəbul imtahanında 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü lisey məlumat yayıb.
Liseyin məzunu olan Ayan Niftəliyevanın qardaşı Nihad Niftəliyev də 3 il əvvəl yüksək balla Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olub. Ayan həmçinin "Əmanətə sədaqət” təqaüd proqramının iştirakçısıdır.











































