Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi başa çatdı - VİDEO

Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi başa çatdı - VİDEO
SOSİAL
12:25 06.03.2023
128
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Şəhriyar Əlibəylinin vida mərasimi başa çatıb. 

AZXEBER.COM xəbər verir ki, şəhidimizn nəşi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb.

Xatırladaq ki, Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər.

Baş-leytenant Ş.Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Prezident İlham Əliyevin sərəncamları ilə "Şuşanın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

OXŞAR XƏBƏRLƏR