Şəhid anası: Şəhriyara zəng elədim ki, sənin toyun nə vaxt olacaq, bala?

Şəhid anası: Şəhriyara zəng elədim ki, sənin toyun nə vaxt olacaq, bala?
SOSİAL
12:34 06.03.2023
270
"Keçən ay bu binada toy oldu. Şəhriyara zəng elədim ki, sənin toyun nə vaxt olacaq, bala? Dedi ki, bu ayın 31-də. Onda başa düşmədim ki, ay 31-dən deyil, axı”.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bunu şəhid Şəhriyar Əlibəylinin anası Sahilə Əliyeva deyib.

Şəhid anası deyib ki, illərlə evimiz olmadı, kirayələrdə qaldıq:

"Şəhriyar gəldi ev aldı. Evimin tək uşağı, gözümün nurunun bu evdə toyunu edəcəkdim. Balam 44 günlük Vətən müharibəsinə gedəndə özüm yola saldım. Sağ salamat qayıtdı gəldi, qəhrəman ana oldum. Mən hamının uşağına Vətəni, torpağı sevməyi öyrətdim. Balam da Vətəni hamıdan, canından çox sevdi”.

Qeyd edək ki, şəhidin anası Sahilə Əliyeva biologiya müəlliməsidir. 
OXŞAR XƏBƏRLƏR