Şəhid və qazi ailələrinin yaxın üzvlərinə Azərbaycan vətəndaşlığı verildi

Şəhid və qazi ailələrinin yaxın üzvlərinə Azərbaycan vətəndaşlığı verildi
SOSİAL
17:58 18.03.2021
685
"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib".

AZXEBER.COM xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

"Əməkdaşlarımız Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlarımıza müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik", - o əlavə edib.
OXŞAR XƏBƏRLƏR