Vətən müharibəsi qəhrəmanın övladı dünyanın nüfuzlu universitetinə qəbul oldu

Vətən müharibəsi qəhrəmanın övladı dünyanın nüfuzlu universitetinə qəbul oldu
SOSİAL
10:07 28.06.2024
344
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy Abdurahmanov dünyanın nüfuzlu universitetinə qəbul olub.
 
AZXEBER.COM xəbər verir ki, şəhid övladı Çexiyanın ən nüfuzlu Universitetlərindən biri olan "Charles" Universitetinə qəbul olub.
 
Bakı şəhəri 53 nömrəli məktəbin 2024-cü il məzunu olan Əlibəy Abdurahmanov beynəlxalq SAT imtahanında yüksək nəticə əldə edərək (1450 bal) Avropanın bir neçə universitetlərindən qəbul alıb. Onun seçimi Çexiyanın ən böyük, Avropanın isə ən qədim universitetlərindən biri olan "Charles" Universiteti olub.
O təhsilini "Riyaziyyat və Fizika" fakültəsində davam etdirəcək.
 


OXŞAR XƏBƏRLƏR