Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi xüsusi şəkildə qeyd edilir.
AZXEBER.COM xəbər verir ki, "166 Yükdaşıma və Logistika” şirkəti bu bayram münasibəti ilə ənənəvi olaraq şəhid övladlarına xüsusi diqqəti göstərib.
Belə ki, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin övladları "166 Yükdaşıma və Logistika” şirkətinə dəvət olunub. Uşaqlar öncə şirkətin müxtəlif şöbələrində gedən iş prosesi ilə yaxından tanış olub, əməkdaşlar ilə həmsöhbət olduqdan sonra onlara maraqlı olan sualları yönləndiriblər. Belə ki, şəhid övladları şirkətdə mühasibatlıq, zəng mərkəzi, hüquq, informasiya texnologiyaları, müştəri məmnuniyyəti, satış və digər şöbələri ilə tanış olaraq, gələcəkdə özlərinə uyğun sahələri kəşf edə biliblər. Daha sonra isə şirkət rəhbərliyi və əməkdaşları uşaqları bayram münasibəti ilə təbrik edib, onlara hədiyyələrini təqdim ediblər.
Sözügedən gündən maraqlı görüntüləri sizə təqdim edirik:






