Şəhid övladları üçün Ankarada texno-düşərgə təşkil olunub - FOTOLAR

Şəhid övladları üçün Ankarada texno-düşərgə təşkil olunub - FOTOLAR
SOSİAL
13:48 28.03.2025
252

 "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi, Türkiyə Müdafiə Sənayesi Komitəsi və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi ilə Azərbaycandan olan məktəbli şəhid övladları üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçiriləntexno-düşərgənin ilk günü geridə qalıb.

AZXEBER.COM xəbər verir ki, 25 məktəbli şəhid övladının qatıldığı düşərgənin ilk günündə iştirakçılar ilk olaraq Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət ediblər.

Daha sonra Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qonaq olan düşərgə iştirakçıları üçün liseyin şagirdləri tərəfindən Türk dünyasının tarixinə dair ədəbi-bədii kompozisiya təqdim olunub. Ankara Təhsil Müdiri Yaşar Koçakın da iştirak etdiyi bu tədbir düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Günün davamında TürkiyəninAilə və Sosial Xidmətlər naziri Özdemir Göktaşın Azərbaycan olanşəhid övladları ilə görüşü baş tutub. Görüş iştirakçılarına müraciət edən türkiyəli nazir Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu vurğulayıb və uşaqlara Türkiyəyə səfərlərinə görə təşəkkür edərək səfərlə bağlı xatirələrin onların yaddaşında əbədi qalacağına ümidvar olduğunu bildirib.

Günün ikinci yarısında isə Anıtkabir və Mexanika-Kimya İnstitutunun Sənaye və Texnologiya Muzeyi ziyarət olunub.

Qeyd edək ki, 27 mart tarixinədək davam edəcək bu düşərgə ərzində iştirakçılar Türk Aerokosmik Sənayesi ("TUSAŞ”) və "ASELSAN” şirkəti kampuslarını ziyarət edərək aerokosmik mühəndislik və peyk texnologiyaları barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

OXŞAR XƏBƏRLƏR