Şəhid Xəzərin qızı doğuldu - FOTO

Şəhid Xəzərin qızı doğuldu - FOTO
SOSİAL
14:51 01.02.2024
250
Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib.

AZXEBER.COM xəbər verir ki, Bakıda doğulan körpəyə Humay adı verilib.

Humayın zəruri xərcləri "YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR