Şəhid Xudayar Yusifzadə haqqında "Dastana döndü” adlı film çəkilib.
AZXEBER.COM xəbər verir ki, filmin ideya müəllifi Namiq Qafarov, rejissoru isə Turqut Əliyevdir. Filmdə Xudayar rolunu aktyor Tərlan Eyvazov canlandırıb.
Filmdə 44 günlük Vətən Müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin həyat yolu, sevdiyi xanımla bağlı qısa fraqment, müharibədəki şücayəti canlandırılıb.
Filmdə yer alan bütün səhnələr onun həyatında baş verən real hadisələrdən götürülüb. Onun həyat yolu, müharibədə iştirakı barədə komandirləri, döyüş yoldaşları və ailəsi məlumat verib.
Qeyd edək ki, 22 oktyabrdan bütün kinoteatrlarda yayımlanan filmin girişi şəhid ailələri üçün pulsuzdur.