Bu gün qəhrəman şəhidimiz Ərəstun Həsənovun doğum günüdür.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Ərəstun Əfşan oğlu Həsənov 1990-cı il sentyabrın 10-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.
O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 3-də Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ərəstun Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!