Şəhidimiz sabah dəfn olunacaq - İki övladı var imiş

Şəhidimiz sabah dəfn olunacaq - İki övladı var imiş
SOSİAL
17:41 30.05.2019
6575
Bu gün səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti Qaxda dəfn olunacaq.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, 36 yaşlı şəhid mayor Aqil Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.

Şəhid ailəli olub, iki övladı var.
OXŞAR XƏBƏRLƏR