Şəhidimizin anası və həyat yoldaşı 8 Martda yad edildi - Video

Şəhidimizin anası və həyat yoldaşı 8 Martda yad edildi - Video
SOSİAL
18:58 08.03.2021
431
8 Mart – Beynəlxalq Qadınlar Günü şəhid anaları da diqqətdən kənar qoyulmayıb.

Yenisabah.az xəbər verir ki, Baku TV şəhidlərimizdən mayor, hərbi pilot Abbas Qasımovun ailəsinin yaşadığı evə baş çəkib.

Şəhidimizin anası Kifayət Qasımova və həyat yoldaşı Siddiqə Qasımova hər il onları 8 martda Abbasın təbrik etdiyini bildiriblər.

Qeyd edək ki, iki oğul sahibi olan Abbas Qasımov sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
 

OXŞAR XƏBƏRLƏR