Vətən müharibəsi şəhidi baş nazir Ramil Yusifovun iki oğlu eyni universitetdə oxuyacaq.
Modern.az-ın məlumatına görə, şəhidimizin iki övladı - Ramiz və Cəmal Türkiyədə təhsil alacaq.
Onların hər ikisi Bayburt Universitetinə daxil olub.
Qeyd edək ki, Ramil Yusifov İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
O, oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.