Şəhidin adına olan bulağı kimlər sökdürüb, park niyə viran qalıb?

Şəhidin adına olan bulağı kimlər sökdürüb, park niyə viran qalıb?
SOSİAL
17:35 20.04.2017
1095

Sosial şəbəklərdə Xətai rayounu, Qaçaq Nəbi küçəsi 9 ünvanda,  məhəllədaxili ərazidə  yerləşən parkın sökülməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda o da qeyd olunur ki, park ərazisində şəhid Məmmədov Şahin Səməd oğlunun xatirə lövhəsi olan bulaq da sökülüb.

 Moderator.az əməkdaşı yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə həmin ərazidə olub.

 Parkın giriş hissəsi doğrudan da sökülüb və böyük özül qazılıb. Şəhidin xatirə lövhəsi olan bulaq da sökülüb.

 Parkın yaxınlığında yaşayan sakinlər ehtimal edirlər ki, ərazi yeni yaşayış binasının-göydələnin tikilməsi məqsədilə sökülüb, özülün qazılması ilə artıq işə start verilib. Sakinlər onu da bildirirlər ki, bir müddət öncə parkın yuxarı hissəsi də sökülüb, yerində isə göydələn ucaldılıb. O vaxt parkın sökülməsi, göydələnin tikilməsi ilə bağlı müəyyən etirazlar olsa da, bu etirazlar heç bir nəticə verməyib.

 Maraqlıdır ki,  Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında göydələnin ucaldılması, göydələnin həyətində uşaq əyləncə elementlərinin quraşdırılması qurumun gördüyü quruculuq işləri kimi təqdim edilir. Qeyd edilir ki, bulağın qarşı hissəsində sakinlərin istirahətini təmin etmək məqsədilə müasir tipli köşklər və oturacaqlar qoyulmuş və uşaq əyləncə elementləri quraşdırılmışdır.

 Xətai rayon İcra Hakimiyyətinin rəsmi saytında o da qeyd olunur ki, parkda şəhid bulağının tikintisi və lövhənin yerləşdirilməsi 20.08.2014-c ü ildə şəhidin anası mərhum Məmmədova Gülzarın xeyir-duası ilə həyata keçirilib.

Daha sonra bildirilir ki, şəhidin lövhəsi olan bulağın ətrafı təmizlənərək abadlaşdırılması zamanı əraziyə gələn şəhid Şahin Məmmədovun qardaşı Məmmədov İsaq Səməd oğlu Qarabağ müharibəsi şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, şəhidlərin ailə üzvlərinə,  müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.

Parkda hazırda aparılan işlərlə bağlı Xətai rayon İcra Hakimiyyətinin də mövqeyini də öyrənməyə çalışdıq.

İcra Hakimiyyətindən bildirdilər ki, həmin ərazidə qanunvericiliyin bütün tələblərinə əməl olunmaqla tikinti gedir. İcra hakimiyyətindən onu da bildiriblər ki, onlarda şəhid ailələrinə göstərdikləri diqqətə görə şəhid anası Şahin Məmmədovun minnətdarlıq ərizəsi var. Qeyd edilib ki, şəhidin qardaşı da həmin ərazidə yaşayır və görülən işlərə görə, icra hakimiyyətinə həmişə minnətdarlıq edir. İcra hakimiyyətindən tikintinin hansısa məqsədlə aparılması barədə heç bir məlumat verilməyib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib