Şəhidin azyaşlı övladı atasına qovuşdu - FOTO

Şəhidin azyaşlı övladı atasına qovuşdu - FOTO
SOSİAL
10:26 26.02.2023
584

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin azyaşlı övladı dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Elyar İslamoğlu sosial şəbəkədə paylaşım edib. 

O bildirib ki, şəhidin oğlu Murad Əkbərzadə ürək çatışmazlığından həyatını itirib: "Ata-bala qovuşdular. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 

 


OXŞAR XƏBƏRLƏR