Şəhidin əmisi: “Atası ilə danışandan bir saat sonra Məhəmmədin şəhid xəbəri gəldi”

Şəhidin əmisi: “Atası ilə danışandan bir saat sonra Məhəmmədin şəhid xəbəri gəldi”
SOSİAL
13:10 13.05.2023
610
"Məhəmməd çox vətənpərvər idi. Axşam saat 8-də atası ilə danışdı, saat 9-da şəhidlik xəbəri gəldi”.

AZXEBER.COM bizim.media-a istinadən xəbər verir ki, bunu şəhid Məhəmməd Qarayevin əmisi Zöhrab Qarayev deyib.

O bildirib ki, 40 gün sonra M.Qarayevin hərbi xidməti başa çatırdı:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin”.
Qeyd edək ki, ötən gün əsgər Məhəmməd Qarayev erməni təxribatı nəticəsində şəhid olub. Şəhid M.Qarayev bu gün doğulduğu Qəbələdə dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd İqtisad Universitetinin (ADİU) məzunu olub.

İyun ayında hərbi xidməti başa çatacaqdı. Mahir ailənin tək oğul övladı olub, bir bacısı var.

OXŞAR XƏBƏRLƏR