Şəhidin qardaşı: “Elman nişanlı idi, təəssüf ki, toyunu görmək bizə qismət olmadı”

Şəhidin qardaşı: “Elman nişanlı idi, təəssüf ki, toyunu görmək bizə qismət olmadı”
SOSİAL
10:54 16.12.2020
928
İkinci Qarabağ savaşının qəhrəmanlarından biri də, şəhid Elman Əliyevdir. O, 1994-cü ildə Mingəçevir şəhərində doğulub. Sentyabr ayının 29-u Suqovuşan kəndində şəhidlik zirvəsinə ucalıb.

Şəhidin qardaşı Vüsal Əliyev Trend-ə Elmanla bağlı xatirələrini bölüşüb:

"Elman haqqında keçmiş zamanda danışmaq mənim üçün ağırdır. Qardaşım dayağım idi. Onun yanında həmişə özümü güclü hiss edirdim. Elman çox vətənpərvər bir insan idi. Uşaqlığından avarçəkmə idmanı ilə məşğul olurdu. Respublika üzrə çoxlu medallar qazanmışdı. İdmanla yanaşı, həm də yaxşı səsi vardı, muğam ifaçısı idi.

Qardaşım müddətdən artıq hərbi qulluqçu idi. Vəzifəsi PDM (Piyadaların döyüş maşını) ekipajında tuşlayıcı idi. Elman sonuncu dəfə evlə sentyabrın 28-i əlaqə saxlayıb. Bu zəng qardaşımın sonuncu zəngi oldu. Döyüşlər başlayandan hamı kimi biz də narahat idik. Neçə dəfə əlaqə yaratmaq istədik, alınmadı. Cəbhə bölgəsinə getdim, maraqlandım, dedilər ki, onlar çox irəli gediblər deyə əlaqə yaratmaq olmur. Qardaşım sentyabrın 29-da şəhid olub. Lakin biz bundan gec xəbər tutduq”.

Şəhidin qardaşı bildirib ki, döyüş yoldaşlarının dediklərinə görə gözündə qorxu yox idi. Daim irəli döyüşə can atırdı, yoldaşlarını da ruhlandırırdı:

"Təəssüf ki, belə döyüşlərin birində içərsində olduğu texnikanı düşmən vurdu və yoldaşları ilə bir yerdə şəhid oldu. Ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edildi. Mən qardaşımla fəxr edirəm. Elman nişanlı idi. Çox təəssüf ki, toyunu görmək bizə qismət olmadı. Qardaşımdan bizə xoş xatirələr qaldı”.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR