Şəhidin qardaşı: “Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü”

Şəhidin qardaşı: “Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü”
SOSİAL
11:59 20.01.2023
193
20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, tariximizin o qanlı, şanlı səhifəsi unudulmur, daim xatırlanır, yad edilir.

"Report” xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Cəfərovlar ailəsi də milyonlarla azərbaycanlı kimi o müdhiş gecəni unuda bilmir. Bakıdakı faciədən beş gün sonra həmin ssenari Neftçala rayonunda da təkrarlanıb.

Yanvar faciəsi şəhidi Əbülfəz Cəfərovun qardaşı Müşfiq Cəfərov deyir ki, ayın 25-də Bankə qəsəbəsində şəhidlərin yas mərasimi keçirilirmiş. Saat 16 radələrində qardaşı Əbülfəz də yas mərasiminə baş çəkib.

Axşam saat 19 radələrində sovet hərbçilərinin PDM-lərlə Neftçala şəhərində qırğınlar törətdiyini eşidir. O da hadisə yerinə yollanır. Azğınlaşmış hərbçilərin əliyalın, dinc sakinlərə divan tutduğunu görən Əbülfəz bu vəhşiliyə dözə bilmir, qana bulaşmış dinc insanların xilasına can atır.

"Tibb məntəqəsinə girən kimi görür həmyerlilərindən biri yaralıdır, qalıb yerdə. Yaralını sürüyə-sürüyə şam ağacının altına gətirir. Yenidən məntəqəyə qayıdır. Bu zaman sovet hərbçiləri məntəqəni mühasirəyə alır. Buna baxmayaraq, qardaşım məntəqənin arxa şüşəsini sındırır, adamların oradan çıxmasına kömək edir. Sən demə, arxadan qaçanları hərbçilər avtomatın qundağı ilə vurub maşına atırlarmış”, - deyə M.Cəfərov həmin günləri kədərlə xatırlayır.

Şəhidin qardaşının sözlərinə görə, Əbülfəz Cəfərovun həmyerlilərinə kömək etdiyini görən hərbçilər onu odlu silahdan açılan atəşlə yaralayıb, qol-qabırğasını sındıraraq avtomobilə atırlar.

Hərbçilər maşına doldurduqları 40 nəfərə yaxın yaralını Bankə qəsəbəsində yerləşən hərbi hissənin hamamına aparırlar. Ə.Cəfərova və yanındakılara qarşı vəhşilik orada da davam etdirilir.

"Qardaşımgili hamama aparandan sonra qəsəbədə səsləri eşidilməsin deyə, PDM-ləri işlək vəziyyətinə gətirir, onlara insanlığa sığmayan işgəncə verirlər. Əbülfəz nişanlı idi. Qardaşımın nişan üzüyünü görən hərbçilərdən biri süngü ilə onun barmağını kəsərək, üzüyü çıxarıb. Sonra yaxın məsafədən ona avtomatdan daha 6 dəfə atəş açıb. 13 güllə yarası alan Əbülfəz şəhid olur”, - deyə Müşfiq Cəfərov kədərli halda danışır.

Qeyd edək ki, Yanvar hadisələri zamanı gecə saatlarında Neftçalada 26 yaşlı Əbülfəz Cəfərovla yanaşı, Nurəddin Ağahüseynov da şəhidlik zirvəsinə ucalıb, daha 9 nəfər isə əlil olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
10:48 02.08.2026
Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur
10:34 02.08.2026
14 yaşlı Sahibdən 4 gündür xəbər yoxdur