Şəhidin vida məktubu: ‘Son 7 saat, Allaha əmanət olun’ –FOTOLAR

Şəhidin vida məktubu: ‘Son 7 saat, Allaha əmanət olun’ –FOTOLAR
SOSİAL
16:07 30.04.2016
8067
"Allaha yalvarırdım ki, Şulanın toyunu görmədən, məni öldürmə...”
Əsgər, 1996-cı il təvəllüdlü Şulan Bayramovun ailəsinə baş çəkib.
Ş.Bayramov ordu sıralarından tərxis olunmasına bir neçə gün qalmış şəhid olub. O, doğulub boya-başa çatdığı Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Saytın əməkdaşı ilə həmsöhbət olan şəhidin anası Türkanə Bayramova oğlunun döyüşlərdə qəhrəmancasına həlak olduğunu deyib: “İki oğlum var idi. Şulan şəhid olandan sonra indi ümidlərimiz balaca oğlum Eminədir. O, 4 ay olar ki, hərbi xidmətə gedib, heç olmasa bir balam sağ qayıtsın. Şulan Talış kəndində həlak olub. Hərbi xidmətini başa vurub, aprelin 1-də evə gələcəkdi. Gələ bilmədi”.
T.Bayramova hərbi xidmətdə olduğu zamanı Şulanla ara-sıra əlaqə saxladığını bildirib: “Aprelin 1-də atasının ad günü idi. Şulan sevinə-sevinə zəng etmişdi ki, atanın ad günündə evdə olacağam... Döyüşlər başlayanda da zəng etdi. Dedi ki, ana, narahat olmayın, hər şey yaxşıdır, aprelin 3-də evə qayıdacağam. Oğlum ayın 4-də şəhid oldu... Torpağım Şulanın torpağına qarışana kimi bu dərd mənim ürəyimdə qalacaq. Oğlumun yolunu gözləyirdim, meyiti gəldi”.
Şəhidin atası Bayram Bayramovun sözlərinə görə, oğlu orta məktəbi bitirdikdən sonra kollecə daxil olub. Şulan təhsilini hərbi xidməti başa vurduqdan sonra davam etdirmək istəyib: “Şulan Azərbaycan Dəniz Balıq Sənayəsi Kollecinə qəbul olunmuşdu. 3 il, 8 ay kollecdə oxumalı idi. Hərbi xidməti başa vurduqdan sonra təhsilinə davam edəcəyini deyirdi. Heyif, oğlumun arzusu ürəyində qaldı..”
Şəhidin əmisi qardaşı oğlunun nümunəvi əsgər oldunu vurğulayıb: “Komandirləri Şulandan razı idilər. O, hərbi hissədə ən nümunəvi əsgərlərdən idi. Əsgər yoldaşlarının dediyinə görə, düşmənə döyüşlərdə kişi kimi vuruşub. Hərbçi yoldaşlarına kömək etmək üçün irəli gedib, orada da şəhid olub. Sonuncu mesajını isə sinif yoldaşına göndərib. “Son 7 saat, Allaha əmanət olun”, -deyə dostları ilə vidalaşıb.
Şəhid əsgərin nənəsi Maral Bayramova Şulanın yoxluğuna dözə bilmədiyini deyib: “Biz onun gəlişinə hazırlaşırdıq. Deyirdik, Şulan salamat gəlsin, qonaqlıq verək. Şulanın mənim ilk nəvəmdir. Həmişə arzulayırdım ki, balam əsgərlikdən salamat qayıtsın, onu evləndirək. Şulanın toyunu görmək arzusu ilə yaşayırdım. Nəvəm axrıncı dəfə Novruz bayramında mənə zəng etmişdi, mənlə bayramlaşdı. Səbrsizliklə aprel ayını gözləyirdik ki, evə gələcək. Allaha yalvarırdım ki, Şulanın toyunu görməyi mənə nəsib etdin. Hardan bilərdik ki, onun cənazəsi gələcək”. (azvision.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik