“Şəhidlər Xiyabanında Xocalıya aid abidə qoyulmalıdır”

“Şəhidlər Xiyabanında Xocalıya aid abidə qoyulmalıdır”
SOSİAL
17:36 01.02.2018
1515
Milli Məclisdə çıxış edən millət vəkili Qənirə Paşayeva Şəhidlər Xiyabanında da Xocalıya aid monument, abidə və məlumat lövhəsinin qoyulmasını təklif edib.

AZXEBER.COM-un  məlumatına görə, millət vəkili bildirib ki, belə abidə və məlumat lövhəsinin Şəhidlər Xiyabanına qoyulması çox vacib məsələdir: "Belə ki, ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə, Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş və bu barədə daha da geniş məlumatlar almış olacaqlar”.

Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrin vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan qeyri-qanuni səfərlər etdiyini xatırladan millət vəkili bildirib ki, Azərbaycan üçün həmin şəxslər arzuolunmaz sayılır: "Bu günə kimi bu məsələ ilə daha çox Xarici İşlər Nazirliyi məşğul olur. Ancaq çox yaxşı olardı ki, Azərbaycan parlamenti də bu məsələdə öz sözünü desin, yəni işğal olunmuş ərazilərlə bağlı qanun layihəsi hazırlanaraq, tezliklə parlament müzakirələrinə çıxarılsın və qəbul edilsin. Burada da birmənalı olaraq qeyd olunsun ki, əgər kimlərsə beynəlxalq hüquq normalarını tapdalayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəklərsə, onlar arzuolunmaz şəxslər elan ediləcəklər.  Belə bir qanunun qəbulu ölkəmizin və xalqımızın maraqları baxımından çox əhəmiyyətli olardı. Bununla da biz hər kəsə bu mesajı vermiş oluruq ki, Azərbaycan dövləti onun icazəsi olmadan ərazilərinə qanunsuz səfər etmiş şəxsləri heç zaman bağışlamayacaq və bunun da qanunvercilikdə birmənalı şəkildə öz əksini tapması çox vacibdir”.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
19:12 15.05.2025
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
18:59 15.05.2025
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil