Sehirbazların sirri ortaya çıxdı - FOTO

MARAQLI
15:05 15.04.2013
11599

Sehirbazların hər hansı bir cisimə toxunaraq havada qalmalarının sirri məlum olub.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həmin insanların havada qalmasını təmin edən əslində poladdan bir konstruksiyadır. Bu cür gözbağlayıcıları edən şəxslər, paltarında görünməz olan polad bir qəlibin üzərində otururlar. Paltarlarının və qolunun içindən keçən polad hissələr də polad sütuna bağlanır. Həmin insanlar da məhz bunun üçün belə geniş və uzun paltarlardan istifadə edirlər.Qeyd edək ki, ilk dəfə olaraq bu cür gözbağlayıcını 1830-cu ildə əslən Hindistanlı olan "Şesal" adlı bir şəxs edib. O yerdən 1,2 metr yüksəkdə oturaraq, hər kəsin diqqət mərkəzinə düşüb. Şesel, bunu edərkən yerə toxunan bir cisimdən istifadə edirdi. Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR