xari

Səhiyyə nazirinin müavini: “Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var”

SAĞLAMLIQ
18:38 04.04.2021
195
Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Səhiyyə nazirinin müavini deyib ki, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: "Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.

OXŞAR XƏBƏRLƏR