Səhiyyə Nazirliyi: "Bu xəstəliyə diaqnoz qoymaq çətindir"

SAĞLAMLIQ
10:41 01.05.2019
4342
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir və ondan 300 milyon nəfərdən çox əziyyət çəkən var. Bununla belə hər onillikdə onların sayı bir yarım dəfə artır.
 
AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, astma istənilən yaşda yarana bilər: "Uşaqlar bu xəstəliyə daha çox meyillidirlər. Xüsusilə 10 yaşına qədər olanlar arasında xəstəlik daha çox inkişaf edir. Üstəlik, 2 yaşına qədər olan uşaqlar arasında digər xəstəliklər altında gizləndiyinə görə diaqnoz qoymaq çətin olur".

Qeyd edək ki, Ümumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı günü keçirilir. Həmin tədbir ilk dəfə 1998-ci ildə keçirilib və Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub. İldən-ilə həmin ölkələrin sayı artır.

Məqsədi ictimaiyyətin diqqətini astma ilə xəstələnmənin artması probleminə cəlb etmək, ondan əziyyət çəkənlərə göstərilən köməyin keyfiyyətini yüksəltmək və bu barədə insanları məlumatlandırmaqdır.

Yunan dilindən tərcümədə astma - "ağır nəfəs" deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun "Daxili iztirablar haqqında" əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Alimlər yüzilliklər boyu xəstəliyin səbəblərini öyrənməyə çalışıblar. XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib.

Bu gün astma dedikdə, müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin əsasən allergenlərin təsiri nəticəsində yaranan və tənəffüs yollarının xroniki iltihabi xəstəliyinə - çətin nəfəsalmaya və ya hətta təngnəfəsliyə, öskürəyə, sinədə xırıltıların yaranmasına səbəb olan bronxial astma nəzərdə tutulur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:24 28.05.2020

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

23:22 28.05.2020

Şagirdlər Respublika Gününü belə qeyd etdi-Video

23:04 28.05.2020

Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək - RƏSMİ

22:38 28.05.2020

İngiltərədə ilk: hicablı qadın hakim təyin olundu

22:15 28.05.2020

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir"

22:13 28.05.2020

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA

22:03 28.05.2020

Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər"

22:00 28.05.2020

Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü -FOTO - VİDEO

21:48 28.05.2020

Prezident: "Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar"

21:34 28.05.2020

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

20:54 28.05.2020

Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

20:04 28.05.2020

Gürcüstan Ermənistana koronavirusla mübarizədə kömək təklif etdi

19:38 28.05.2020

Azərbaycanda bu günə qədər 4 759 nəfər koronavirusa yoluxub, 56-sı ölüb

19:25 28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

19:23 28.05.2020

Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

19:06 28.05.2020

Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ