Sosial şəbəkələrdən birində Nobel prospektində avtomobil qəzası baş verən əraziyə Təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a sosial şəbəkələrdə yayılan qəza ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Təcili Tibbi Yardımın dispeçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11.00 da hadisə yerina çatan həkim briqadası dispeçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispeçer xidmətinin kompüter sistemində qeydə alınıb.
Qeyd edək ki, teleaparıcı Xoşqədəm Hidayətqızı İnstaqram səhifəsində təcili yardım briqadasının guya Nobel prospektind