Səhiyyə Nazirliyi zibillikdən tapılan körpə ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi zibillikdən tapılan körpə ilə bağlı məlumat yaydı
SOSİAL
13:27 24.12.2019
1828
Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.

Nazirlikdən AZXEBER.COM-a bildirilib ki, körpənin vəziyyəti normaldır.

"Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hazırda həkimlərin nəzarəti altındadır.

Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib", - nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR