Səhiyyə Nazirliyindən vətəndaşlara xəbərdarlıq: Bayram günlərində...

Səhiyyə Nazirliyindən vətəndaşlara xəbərdarlıq: Bayram günlərində...
SOSİAL
15:56 28.12.2022
373
"Mədə qıcqırması, öd daşı xəstəliyi olanlar, eləcə də son iki-üç ayda cərrahiyə əməliyyatı olunan şəxslər bayram ərəfəsində qidalanmaya həssas yanaşmalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereloq Emin Məmmədov deyib.

O qeyd edib ki, bayram günlərində insanlar əsasən evdə olduğundan tez-tez qidalanırlar: "Bir az artıq hərəkət etmək lazımdır. Adi günlərdə səhər evdən çıxıb işə gedirik və normal qrafiklə qidalanırıq. Azərbaycan mətbəxi zəngin olduğundan bayram günlərində fasiləsiz qidalanma baş verir. Yağlı qida ilə yüklənən orqanizm buna reaksiya verəcək. Şəkər qalxacaq, təzyiq yüksələcək, mədədə yanma riskləri artacaq. Gündəlik rejim necədirsə hansı saat aralıqda qida qəbul edilibsə bunu da qorumaq lazımdır. Qidanın miqdarı artırıla bilər, lakin saat aralığına ciddi fikir versinlər”.

Ekspert söyləyib ki, şirniyyat asılılıq yaradır. Tövsiyə edərdim ki, şəkər dəyəri aşağı olan şirniyyatlardan istifadə olunsun. Şirin su və meyvə şirələri orqanizm üçün zərərlidir. Çünki tərkibində qida məqsədli əhəmiyyətli nəsə yoxdur. Bu da özünüdə şəkərli diabet, xərçəng və ürək-damar sistemi xəstəliklərini yaratmış olur. Mədə qıcqırması olan insanlar adətən qazlı-sodalı su içməyə üstünlük verir. Bu tamamilə yalnış yanaşmadır. Yeməyin ortasında qazlı-sodalı su içilirsə, bu zaman həzm prosesi ləngiyir. Suyu yeməkdən iki saat əvvəl və ya iki saat sonra içmək daha arzuolunandır”.

Nazirlik rəsmisi bayram ərəfəsində spirtli içkilər içməməyi tövsiyə edib.

"Əgər kimsə içəcəksə bu da gündəlik və vərdiş edilən dozanı aşmamaq şərti ilə olmalıdır. Qida qəbulu zamanı yeməkləri qarışdırmayın. Fərqli qidalar arasında ən azı 30-40 dəqiqə arasında fasilə olmalıdır. Qida allergiyası olan insanlar un məhsullarından uzaq durmalıdırlar”, - E.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, yeni ildə həmçinin, öd daşı xəstəliyi olan şəxslərin səhhətində ciddi probemlər müşahidə olunur: "Çox və qarışıq qidalar daşın öd kisəsi kanalına düşməsinə səbəb olur və bununla da ağrılar çoxalır. Bayram günlərində çox gəzmək tövsiyə olunur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb