Səhiyyə Nazirliyindən xəbərdarlıq: Cinayət işi qaldırılacaq

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Cinayət işi qaldırılacaq
SAĞLAMLIQ
11:13 01.06.2018
5811

Səhiyyə Nazirliyi son zamanlar özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrdə insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı vətəndaşlardan nazirliyə və digər dövlət orqanlarına edilən çoxsaylı müraciətlər əsasında araşdırma aparıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən KLİNİK.AZ-a verilən xəbərə görə, araşdırma zamanı tibbi təhsili və lisenziyası olmayan müxtəlif şəxslər tərəfindən qanunsuz tibb fəaliyyətinin həyata keçirilməsi, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə almadan tibb fəaliyyəti ilə məşğul olması, özəl tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan kənar işlər üzrə tibbi xidmətlərin göstərilməsi halları müəyyən olunub.

Araşdırma zamanı əmək müqaviləsi və tibbi təhsili təsdiq edən müvafiq sənədləri olmadan bəzi tibb işçilərinin tibb fəaliyyəti ilə məşğul olması, əhaliyə keyfiyyətsiz tibbi xidmət göstərilməsi və tibb işçilərinin etik davranış qaydalarını pozması, heç bir əsas olmadan pasiyentlərdən əlavə ödəniş tələb edilməsi və digər bu kimi xoşagəlməz hallar da aşkarlanıb.

Səhiyyə Nazirliyi bildirir ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ixtisas sənədləri Azərbaycan ərazisində qüvvədə olması müvafiq qaydada təsdiq edilməli, Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na əsasən, həmin şəxslər yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmalıdır:

"Yuxarıda qeyd edilən xoşagəlməz hallarla rastlaşdıqda "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun tələblərinə əsaslanaraq, müraciət etdiyiniz tibb müəssisəsinin özəl tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən lisenziyanın və əlavənin mövcudluğu, sizi müayinə və müalicə edən tibb işçisinin (həkim, tibb bacısı) müvafiq ixtisas sənədlərinin (diplom, sertifikat, ölkə ərazisində işləməyə icazə verən şəhadətnamə) olub-olmaması barədə məlumatları yerində tələb etməyiniz məqsədəmüvafiqdir.

Hüquqlarınız pozulduğu hallarda tibb müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunla müəyyən edilmiş qaydada məhkəməyə, Səhiyyə Nazirliyinin "qaynar xətt” xidmətinə müraciət edə bilərsiniz.

Qanunlara uyğun olaraq, tibb işçisi öz peşə vəzifələrini lazımınca yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə intizam, inzibati və digər məsuliyyətə cəlb oluna bilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
13:59 27.07.2026
İlham Əliyevdən futbolla bağlı - Sərəncam
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq
13:55 27.07.2026
Tozlu hava kimlər üçün daha təhlükəlidir? - Həkimdən xəbərdarlıq