Səhiyyə Nazirliyi də səhər saatlarında "Eurohome” Ticarət Mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.
AZXEBER.COM-a daxil olan məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib.
Ona yerində yardım göstərilib.