Səhiyyə sahəsində reklam qadağan edilsin!

Səhiyyə sahəsində reklam qadağan edilsin!
SOSİAL
14:57 18.03.2025
181

Milli Məclisdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Dərman vasitələri haqqında” və "Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

Deputat Elçin Mirzəbəyli çıxışında qanun layihələrini təqdir edib və dəstəklədiyini bildirib:

"Dəyişikliklərin reklam daşıyıcısı olan rəqəmsal platformalarda baş verən və bəzən hətta cinayət məsuliyyəti yaradan özbaşınalığa və xaosa son qoyulması istiqamətində növbəti addım olduğunu düşünürəm.

Dəyişikliklərdə istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ, reklamla bağlı əsas anlayışlar, reklama dair ümumi tələblərin daha dəqiq, yeni çağırışlar da nəzərə alınmaqla ifadə olunması da təqdirəlayiq yanaşmadır.

MİRZEBEYLİ.jpg (298 KB)

Bununla yanaşı, qanunvericilik təşəbbüsünün konseptual məzmununu nəzərə alaraq, bir neçə məqama diqqət çəkmək istəyirəm. Müzakirəyə çıxarılan dəyişikliklərdə "Gizli reklam” anlayışının genişləndirilməsini və buraya "reklam hüququ əsasında”, "sponsorluq” və tərəfdaşlıq” qeydlərinin əlavə olunduğunu da müşahidə edirik.

Lakin gizli reklamlar özünü yalnız reklam daşıyıcısı olan rəqəmsal platformalarda, o cümlədən sosial şəbəkələrdə, radio və televiziya kanallarında, media resurslarında büruzə vermir. Ən böyük və effektiv, həm də təhrikedici xarakter daşıyan gizli reklamlar dərman şirkətləri ilə işbirliyində olan həkimlərin pasiyentlərə yazdıqları reseptlərdədir. Bu problemdən hər kəsin məlumatı olduğu üçün detallarına diqqət çəkib vaxtınızı almayacağam.

Lakin bu qəbildən olan problemlərin qarşısının alınması üçün nəzarət imkanları yaradan və şəffaflığı təmin edə biləcək mexanizmlərin yaradılmasını zəruru sayıram. Belə mexanizmlərdən biri də reseptlərin, istisnasız olaraq, Səhiyyə nazirliyi və TƏBİB tərəfindən yaradılan onlayn platforma üzərindən verilməsi və həmin platformanın qanunların icrasına nəzarət edən qurumlar üçün də açıq olmasıdır. Yalnız bu halda şəffaflıq təmin edilə və bəzən cinayət xarakteri daşıyan işbirliyinə son qoyula, beləliklə də istehlakçıların hüquqları tam mənada qoruna bilər.

Bir neçə iclas öncə hörmətli Musa Quliyev tamamilə haqlı olaraq, bu gün müzakirə etdiyimiz qanun layihəsinin də bəzi məqamlarını əhatə edən problemlərə, telekanallar vasitəsilə ayrı-ayrı həkimlərin, tibb müəssisələrinin müxtəlif məzmunlu verilişlərdə insanların emosiyalarına toxunulmaqla, onları təlaşlandırmaqla reklam edilməsinə diqqət çəkdi.

Qeyd edim ki, bu problem bir neçə telekanal və radio istisna olunmaqla bütün audiovizual yayımçılarda nəzərə çarpır və hətta əsas gəlir mənbələrindən birinə çevrilib.

Səhər saatlarından etibarən radiolardan və telekanallardan xəstəliklərin adı və onların simtomları təlaşlandırıcı bir formada, həyacanlı səslə və müsiqinin müşaiyəti ilə davamlı olaraq təkrarlanır. İnsanlara psixoloji təzyiq göstərilir və onlara xəstə olduqları aşılanır. Hətta tamamilə sağlam insan belə belə total psixoloji təzyiqin altında özünün xəstə olduğunu düşünə bilər”.

E.Mirzəbəyli qeyd edib ki, Rusiyada 2014-cü ildən "dərman vasitələrinin, tibbi xidmətlərin, o cümlədən profilaktika və diaqnostikanın, müalicə və tibbi reabilitasiya üsullarının, habelə istifadəsi xüsusi hazırlıq tələb edən tibbi məhsulların reklamı” qadağan edilib:

"Qardaş Türkiyənin Həkimlik Peşəsi Etik Qaydalarının 11-ci maddəsində deyilir: "Həkim məsləyini yerinə yetirərkən reklam edə, ticari reklamlara vasitə ola, çalışmalarına ticari bir görüntü uyğulaya, insanları təlaşlandıran, yanlış yönləndirən, haqsız rəqabətə yol açan davranışlara yol verə bilməz”. Bu baxış bucağı Türkiyənin tibb, reklam və istehlakçıların hüquqları ilə bağlı bütün qanunvericilik aktlarında yer alıb və problem kökündən, birdəfəlik həll olunub. Bu səbəbdən də eyni problemlərin aradan qaldırılması üçün məsələnin hissə-hissə yox, birdəfəlik həll edilməsinin zəruriliyini və qardaş Türkiyənin tibb sahəsindəki hüquqi-normativ aktlarının izahında bildirildiyi kimi "Bütün müvafiq hüquqi və etik qaydalara uyğun olaraq, səhiyyə sahəsində reklamın aparılmasının qəti qadağan edilməsi”nin vacib olduğunu düşünürəm”.

 

\Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İftar vaxtı – 19 mart 2025: Ramazanın 19-cu günü
20:08 18.03.2025
İftar vaxtı – 19 mart 2025: Ramazanın 19-cu günü
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
19:54 18.03.2025
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
19:41 18.03.2025
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
19:30 18.03.2025
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
19:19 18.03.2025
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
19:10 18.03.2025
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
18:58 18.03.2025
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
18:46 18.03.2025
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
18:41 18.03.2025
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
18:35 18.03.2025
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
18:21 18.03.2025
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
18:08 18.03.2025
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
17:52 18.03.2025
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
17:45 18.03.2025
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
17:43 18.03.2025
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - FOTOLAR
17:25 18.03.2025
Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - FOTOLAR