Səhnədə bacı-qardaş gücü: Röya Ayxan bu dəfə İsmayılla gəlir

Səhnədə bacı-qardaş gücü: Röya Ayxan bu dəfə İsmayılla gəlir
MAQAZİN
20:10 28.02.2026
180
Azərbaycan şou-biznesində yenə səs-küy yaradacaq bir layihə yoldadır.

AZXEBER.COM xəbər verir ki, xalq artisti Röya Ayxan bu dəfə qardaşı, istedadlı musiqiçi İsmayıl Zadə ilə duet oxuyub. "Nankor” adlanan yeni mahnı slow pop üslubundadır və duyğuların ən dərin qatına toxunacaq.

Bu duet təkcə ailə bağlarının deyil, həm də güclü musiqi enerjisinin vəhdətidir. İsmayıl Zadə sadəcə ifaçı deyil – o, əksər hallarda mahnılarını özü yazır, özü bəstələyir və aranjemanını da özü edir. Onun musiqiyə yanaşması peşəkar və fərqlidir, hər notda zəhmət və istedad hiss olunur.

Pop kraliça Röya Ayxan isə hər zaman həm gənc ifaçılara, həm də ailə üzvlərinə verdiyi səmimi və səssiz dəstəklə sənətdə böyüklüyünü qoruyan nadir sənətkarlardandır.

"Nankor” – adı kimi təsirli, melodiyası kimi kövrək, sözləri kimi sarsıdıcı… Tezliklə işıq üzü görəcək bu layihə artıq indidən böyük maraq doğurur.

Səhnədə Röyanın enerjisi, studiyada İsmayılın musiqi zəkası – nəticə isə yenə hit qoxusu verir!

 

 


OXŞAR XƏBƏRLƏR