Son zamanlar dəyişən iqlim şəraiti Səudiyyə Ərəbistanına da öz təsirini göstərib. Səhra havası əvəzinə yaz havasının təsirli olduğu Təbuk şəhərində yağış sularının səhra qumlarını sürüklədiyi anın görüntüləri böyük əks-səda doğurub.
AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, videonu izləyənlər "Bunlar qiyamətin əlamətləridir” şərhini yazıblar.
İqlim şəraitinin dəyişməsi, göllərin və bəndlərin quruması dünyanı yeni təhlükəyə sürükləyir. Bir çox ölkədə təsirli olan quraqlıq yaxın illərdə yaşanacaq su böhranının az qala xəbərçisi rolunu oynayır.
Yaz yağışlarının təsirli olduğu şəhərdə vaxtaşırı baş verən sel suları səhra qumlarını buradan oraya sürükləyir.
Həmin görüntünü təqdim edirik:
Mikayıl