Aparıcı Şəhriyar Əbilov və rəqqasə Oksana Rəsulova "Söhbət var" verilişinin qonağı olub.
AZXEBER.COM xəbər verir ki, Oksana Şəhriyara evlənməsi üçün qız axtardığını söyləyib. O bildirib ki, tapdığı qız aparıcını bəyənməyib:
"Şəhriyarın bacısının xınasında qızı gördüm və göstərdim. Bəyəndi, sevindim ki, artıq evlənir. Şəhriyarın anasına dedim, elçi getdilər. Qızın valideynləri deyib ki, sizin oğlunuz bizim qızımız üçün qocadır".