Şəhriyar Məmmədyarov 18-ci oldu

İDMAN
20:00 01.07.2014
1140
Beynəlxalq Şahmat Federasiyası 2014-cü il iyul ayı üçün planetin ən güclü şahmatçılarının yeni reytinq siyahısını dərc edib.ANS PRESS-in məlumatına görə, norveçli Maqnus Karlsen kişi şahmatçılar arasında reytinq siyahısında yenə birinci yerdədir (2877).Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov, müvafiq surətdə 18-ci, 28-ci və 88-ci yerlərdədir.Reytinq əmsalı 2743 olan Şəhriyar Məmmədyarov bu dəfə də Azərbaycanın ən güclü qrossmeysteridir.Teymur Rəcəbovun aktivində 2724 xal var, Rauf Məmmədovun reytinq əmsalı isə 2659-a bərabərdir.
OXŞAR XƏBƏRLƏR