Mən bu çempionatda özümü qalib sayıram.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Finalda məğlub olan qrossmeyster öz oyununu yüksək qiymətləndirib:
"Mən bu çempionatda özümü qalib sayıram. Ardıcıl 6 oyunda qələbə qazandım. 15 ilə yaxındır həyatımda belə uğurlu ardıcıllıq olmamışdı. Bu, çox çətindir. Öz nəticəmi gözəl qiymətləndirirəm. Bəzən birinci yeri tutursan, amma nəticədən razı qalmırsan".
O, federasiyaya təşəkkür edib:
"Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki, belə yarış təşkil etdilər. Bunu həyata keçirmək çox çətindir. Qalır bundan sonra Avropa və dünya çempionatlarında Azərbaycanı yaxşı təmsil etmək".
Qeyd edək ki, Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında Rauf Məmmədova məğlub olaraq ikinci yeri tutub.