Şəhriyar Məmmədyarov: "Xalqımız, hər birimiz əsgərlərimizləyik"

Şəhriyar Məmmədyarov: "Xalqımız, hər birimiz əsgərlərimizləyik"
İDMAN
18:11 12.10.2020
618

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Vətənin keşiyində dayanan əsgərlərə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, 35 yaşlı qrossmeyster bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.

Məmmədyarov bütün xalqın onlarla birlikdə olduğunu yazıb: "Mənə görə bir vətəndaşı qələbəyə aparan əsas iki güvvə var: Xalqın dəstəyi və özünəinam və ruh yüksəkliyi. Üzümü əsgərlərimizə tutub deyirəm: Xalqımız, hər birimiz sizinləyik, hər an fikrimiz sizin yanınızdadır və qəlbimiz sizlərlə döyünür. Biz sizə inanırıq. Ruhunuzu yüksək tutun və inanın, siz qalib gələcəksiniz. Çünki yolunuz haqq yoludur və haqq mütləq qalib gələcək.

Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır! Qələbə bizimdir"!

OXŞAR XƏBƏRLƏR