Şimali Koreyanın dördüncü nüvə sınağına hazırlaşdığı bir vaxtda sosial şəbəkə saytı “Twitter”də yayılan ismarış bütün dünyanı həyəcanlandırıb. Məlumata görə, Yaponiyanın Yokohama şəhər rəhbərliyi rəsmi “Twitter” səhifəsində Şimali Koreyanın raket atdığını yazıb. Qısa vaxt ərzində şəbəkə saytının istifadəçiləri tərəfindən minlərlə dəfə paylaşılan “tweet” başda Yaponiya olmaqla bir ölkədə təşvişə səbəb olub. Bundan başqa az vaxtda 36 000 nəfər "@yokohama_saigai" səhifəsindən yayılan bu ismarışı təqib etməyə başlayıb.