Səidə Behbudova vəfat etdi

Səidə Behbudova vəfat etdi
SOSİAL
09:29 06.08.2025
230
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Səidə Behbudova vəfat edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Behbudova xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Səidə Behbudova 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb. "Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2012-ci ildən ömrünün sonunadək Çukurova Universiteti Dövlət Konservatoriyasının "Fortepiano” ixtisası üzrə professor heyətində fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR