Jurnalist Səidə Bəkirqızı "Space" televiziyasında çalışacaq.
Bu barədə o, AZXEBER.COM-a açıqlamasında bildirib.
Bəkirqızı qeyd edib ki, həftənin beş günü səhər saatlarında efirə gedəcək verilişində gündəm mövzuları müzakirə olunacaq:
"Artıq iki aydır ki, bu layihə üzərində çalışırdım. Bir çox kanallardan təklif almışdım, amma seçimim ən yaxşısı oldu. Bu da mənim öz mövqeyi olan jurnalist olmağımdan irəli gəlir. Verilişim haqqında öncədən bir şey deyə bilmirəm çünki, gündəm mövzularını müzakirə edəcəyik. Gündəm də hər saniyə dəyişir, yenilənir. Son üç ayda baş verən və Azərbaycanla bağlı olan məsələlərə nəzər salacağıq. Ümumilikdə isə hər gün sosial şəbəkələrdə gündəm olan aktual mövzulara da toxunacağıq. Bununla yanaşı "youtube" platformasında da öz verilişim olacaq. Onun da hazırlıqları gedir".
Aysel