Xəbər verdiyimiz kimi, xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan jurnalist Səidə Bəkirqızı Space TV-dən ayrılıb.
Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində” verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, verilişdə Səidə Bəkirqızını tanınmış teleaparıcı Elvin Basqallı əvəz edəcək.
"Xəbərin izində” verilişi eyni saatda yayımını davam etdirəcək.