"Görürsünüz ki, nə vaxtdır heç efirlərə çıxmıram. Mən artıq baş verənləri kənardan izləyirəm. Hamını da görürəm. Heç kəs bir o qədər də xoş təəssurat bağışlamır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan bildirib.
Bəzi həmkarlarını tez-tez efirlərə çıxdıqları üçün qınayan Səidə özünün ekranlardan imtina etmə səbəbini də açlıqlayıb:
"Hamı elə "Mən də burdayam, məni də görün" deyir. Müğənnilər və bütün oxuyanlar özlərini efir acı kimi aparırlar. Nolub? Nə baş verib? Ona görə də mən efirlərə çıxmamağa qərar vermişəm".









































